Köynəyində Urmu gölünün təsviri olduğu üçün tutdular

Köynəyində Urmu gölünün təsviri olduğu üçün tutdular
  25 Avqust 2023    Oxunub:1057
Güney azərbaycanlı fəal Məhəmmədrza Məhəmmədi molla rejimi tərəfindən siyasi təqiblərə məruz qalıb.
O, avqustun 22-də Təbrizin “Traktor” və BƏƏ-nin “Şarja” futbol komandalarının oyununu izləmək üçün Təbrizin Səhənd stadionuna daxil olarkən təhülkəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Məlumata görə, güneyli fəal üzərində Urmu gölünün təsviri olan köynək geyindiyi üçün nəzarətə götürülüb. Köynəyin üzərində isə “Urmu gölüm qurumaz” sözləri yazılıb.

Milli fəalın yaxınları bildiriblər ki, Məhəmmədrza Urmu gölünü dəstəkləyən şüarlar yazılmış köynək geyinən dostları ilə birlikdə stadiona daxil olarkən təhlükəsizlik qüvvələri ilə aralarında münaqişə baş verib.

AzVision.az



Teqlər:





Xəbər lenti