İranda ölümə məhkum olunmuş şəxslərlə “əfv” oyunu aparılır

İranda ölümə məhkum olunmuş şəxslərlə “əfv” oyunu aparılır
  25 Avqust 2023    Oxunub:1256
“Bəsic” üzvü Ruhullah Əcəmiyanın qətlində təqsirləndirilən şəxslərin işinin istintaqı ilə yeni təfərrüatlar üzə çıxıb. İş üzrə edama məhkum edilmiş Məhəmməd Mehdi Kərəminin və Seyid Məhəmməd Hüseyninin edamdan bir neçə saat əvvəl “əfv” olunduqları açıqlanıb.
AzVision.az Məhbusların Nəzarət komitəsinin hesabatına istinadən xəbər verir ki, bütün müttəhimlər həbs olunduqları zaman başlayan və “ölüm nöqtəsinə qədər” davam edən işgəncələrə məruz qalıblar. Onlar proses barədə heç bir məlumat almadan məhkəmə iclasına daxil olublar.

“Məhəmməd Mehdi Kərəmi və Seyid Məhəmməd Hüseyni edam günü ölüm hökmünə məhkum edilənlərin birnəfərlik kameralarına aparılıblar, həbsxanada telefonlar və televizorlar da kəsilib. Ayrı-ayrı məhbuslar bildirir ki, sübhə yaxın dəhlizlərdə “salam və siz əfv olundunuz” deyən səslər eşidilirdi. Siz bağışlanmısız. Seyid xoşbəxtliyinə görə şükür səcdəsi edib. Qalanları isə edamın ləğv olunduğunu düşünüblər. Lakin səhəri gün inzibati heyət gəlib onları yenidən həbsxanaya aparanda Məhəmməd Mehdi və Seyid Məhəmmədin ölüm hökmünün icra olunduğunu biliblər”, - hesabatda deyilir.

Qeyd edək ki, Məhəmməd Mehdi Kərəmi və Məhəmməd Hüseyninin edamından başqa, Ruhullah Əcəmiyanın öldürülməsi işi üzrə daha 3 müttəhim də edam cəzasına məhkum edilib, lakin bu hökmlər sonradan dəyişdirilib.
AzVision.az


Teqlər: İran   "əfv"  





Xəbər lenti