Ollonqren: "F-16-larımızın hamısını Kiyevə verməyəcəyik"

   Ollonqren:    "F-16-larımızın hamısını Kiyevə verməyəcəyik"
  25 Avqust 2023    Oxunub:1280
Hollandiyanın müdafiə naziri Kaysa Ollonqren Ukrayna ilə bağlı diqqət çəkən açıqlamalar verib.
O, "European Pravda"ya müsahibəsində deyib ki, Ukrayna Hollandiya hakimiyyətinin elan etdiyi 42 F-16 döyüş təyyarəsinin yalnız bir hissəsini alacaq. Nazir təyyarələrin bir hissəsinin təlim üçün istifadə olunacağını qeyd edib.

"Bizim 42 təyyarəmiz var, lakin onlardan bəziləri təlimlərə, yerdə qalanları isə Ukrayna Silahlı Qüvvələri üçün istifadə olunacaq" deyən Ollonqren Ukrayna ordusu pilotlarının hazırlanması üçün neçə qırıcıdan istifadə ediləcəyini açıqlamayıb.

Nazir əlavə edib ki, pilotların sınaq uçuşları Hollandiyada baş tutmaya bilər. Ollonqren təlim mərkəzinin Rumıniyada yerləşə biləcəyini vurğulayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti