Çin BRİKS və digər məsələlərdə İranla əməkdaşlığı gücləndirir

Çin BRİKS və digər məsələlərdə İranla əməkdaşlığı gücləndirir
  25 Avqust 2023    Oxunub:1194
Son vaxtlar Qərblə münasibətlərdə yaşanan gərginlik Pekin-Tehran arasında münasibətlərinin daha da sıxlaşmasını şərtləndirir.
AzVision.az xəbər verir ki, Çinin sədri Si Tsinpin Cənubi Afrikada keçirilən BRİKS liderlərinin sammiti çərçivəsində İran prezidenti İbrahim Rəisi ilə görüşdə Pekinin bu qurum çərçivəsində və digər məsələlərdə Tehranla əməkdaşlığı gücləndirməyə hazır olduğunu bildirib.

İranı BRİKS-ə üzv olması münasibətilə təbrik edən Si Tsinpin təşkilatın öz sıralarını genişləndirmək qərarını “tarixi hadisə” adlandırıb.

“Çin İranla dostluğunu gücləndirməyə və qarşılıqlı etimadı dərinləşdirməklə, qarşılıqlı maraq doğuran məsələlərdə Tehranla əməkdaşlığı davam etdirməyə hazırdır. Mən şadam ki, Çin, İran və Səudiyyə Ərəbistanının birgə səyləri ilə İran və Səudiyyə barışığa nail olub və bu, Yaxın Şərqdə təhlükəsizlik və sabitliyin yaxşılaşdırılmasına töhfə verəcək. İran ikitərəfli əməkdaşlıq və çoxtərəflilik prosesini gücləndirməyə hazırdır”, - Tsinpin deyib.

Çinin sədri həmçinin BRİKS-in yeni üzvlərinin nüfuzlu və mühüm ölkələr olduğunu, onların dünyaya böyük təsir göstərəcəyinə əminliyini vurğulayıb.
AzVision.az



Teqlər: İran   Çin  





Xəbər lenti