Estoniyanın baş naziri ərinə görə vəzifəsini itirə bilər

   Estoniyanın baş naziri ərinə görə vəzifəsini itirə bilər
  25 Avqust 2023    Oxunub:1886
Müxalif Mərkəz Partiyası Estoniya parlamentində baş nazir Kaya Kallasa etimadsızlıq səsverməsi məsələsi ilə bağlı digər siyasi qüvvələrlə danışıqlara başlamağa hazırlaşır.
Mərkəzçi fraksiyanın rəhbəri Tanel Kiykin sözlərinə görə, Nazirlər Kabinetinin rəhbəri vəzifəsini tutmaq hüququnu əri Arvo Hallikin “Rusiya biznesi” ilə bağlı qalmaqala görə itirib:

"Mərkəz Partiyası fraksiyasının üzvləri hesab edirlər ki, Kaya Kallasla bağlı qalmaqal Estoniya dövlətinin imicinə ciddi zərbə vurub. Təəssüf ki, hökumət başçısı ərinin şirkətinin Rusiyada fəaliyyət göstərməsindən xəbəri olub-olmaması ilə bağlı suala dəqiq cavab verməyib. İndiyə qədər verilən izahatlara əsasən, Kaya Kallasın baş nazir kimi davam etməyə mənəvi haqqı yoxdur".

O əlavə edib ki, hakim koalisiya da baş nazirin hərəkətlərini tənqid edir. Kiyik vurğulayıb ki, fraksiyalar səviyyəsində danışıqlar bütün siyasi qüvvələrin Kallasa etimadsızlıq səsverməsi ilə bağlı mövqeyini aydın başa düşməyə imkan verəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti