Laçında ev yandıran erməni öldü - VİDEO

 Laçında ev yandıran erməni öldü    - VİDEO
  25 Avqust 2023    Oxunub:1344
Qarabağ işğalda olarkən Laçının Zabux kəndində qanunsuz məskunlaşdırılmış "məşhur" ermənilərdən biri ölüb.
AzVision.az xəbər verir ki, bu barədə News.am saytı məlumat yayıb. Qeyd edilir ki, Arman Ayrapetyan adlı Gorus sakini Qarabağ müharibəsi "qəhrəmanı" adı almış Mher Ayrapetyanın böyük qardaşı olub.

Nəşr sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilmiş bu ölüm xəbərinin Gorus vilayəti adminstrasiyasının artıq təsdiqlədiyini yazıb.

Laçında daha bir erməni evini yandırdı - VİDEO
Qeyd edək ki, Arman Ayrapetyan ötən il qanunsuz məskunlaşdılmış ermənilər Laçından çıxarılarkən evini yandırması ilə gündəm yaratmışdı.

Xatırladaq ki, onun bu vəhşiliyi Zabuxda ilk vandal davranış deyildi. Ötən il Azərbaycan tərəfi Laçın rayonunun Zabux və Sus kəndlərində, Laçın şəhərində qanunsuz yaşayan ermənilərə həmin əraziləri boşaltmaq üçün avqustun 25-nə kimi vaxt vermişdi. Ermənilər bu tələb qarşısında Laçını tərk etməyə başlayarkən müxtəlif vandal davranışlar sərgiləmişdilər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Laçın   Zabux   Ev   Ermənistan  





Xəbər lenti