Putin G20 sammitində iştirak etməyəcək

   Putin G20 sammitində iştirak etməyəcək
  25 Avqust 2023    Oxunub:1195
Rusiya prezidenti Vladimir Putin G20 sammiti üçün Hindistana gəlmək niyyətində deyil.
AzVision.az xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, dövlət başçısının gərgin qrafiki var və “format hələ dəqiqləşdirilir”.

Qeyd edək ki, ABŞ prezidenti Co Baydenin sentyabrın 9-dan 10-dək Yeni Dehlidə keçiriləcək G20 sammitində iştirak edəcəyi bildirilib. Milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın sözlərinə görə, Amerika lideri G20 tərəfdaşları ilə ekoloji problemlər, iqlim dəyişikliyi ilə mübarizə, həmçinin Rusiya-Ukrayna münaqişəsinin nəticələri daxil olmaqla, qlobal problemlərin həlli üçün bir sıra birgə səyləri müzakirə edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti