Güney Azərbaycanda dəhşətli qəza: Xeyli ölən və yaralanan var - VİDEO

   Güney Azərbaycanda dəhşətli qəza:    Xeyli ölən və yaralanan var -    VİDEO
  25 Avqust 2023    Oxunub:1639
Bu gün səhər saatlarında Şərqi Azərbaycan əyalətinin Vərziqan şəhərində mikroavtobusun dərəyə aşması nəticəsində 6 adam həlak olub, 11 nəfər isə yaralanıb.
Şərqi Azərbaycanın Fövqəladə hallar departamentinin sözçüsü Vahid Şadiniyanın yaydığı məlumata görə, mikroavtobus cümə günü səhər saat 6:30 radələrində Vərziqan Azad universitetinin qarşısındakı dərəyə aşıb.

Mikroavtobusun aşdığı yerə 6 təcili tibbi yardım maşını göndərilib. Qəza nəticəsində 6 nəfər ölüb, 11 adam isə yaralanıb.

İran yollarında baş verən çoxsaylı qəzalar, vətəndaşların ölümü və yaralanması ilə nəticələnir. İran rəsmiləri bunun əsas səbəbini yol hərəkəti qaydalarına riayət olunmaması, nəqliyyat vasitəsinin idarə edilə bilməməsi, sürət həddinin aşılması və ötmələrdə görürlər.

Bir çox ekspertlər isə insan faktorları ilə yanaşı, İran avtomobillərinin qeyri-standart və təhlükəli, yolların isə bərbad vəziyyətdə olmasını qəzaların baş verməsində təsirli amil hesab edirlər.

AzVision.az



Teqlər: Qəza  





Xəbər lenti