Priqojin ölüb? - Kreml cavablandırdı

      Priqojin ölüb?    - Kreml cavablandırdı
  25 Avqust 2023    Oxunub:1167
Təyyarə qəzasında həlak olduğu iddia edilən “Vaqner” xüsusi hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinin cəsədi hələ tanınmayıb.
Kremlin sözçüsü Dmitri Peskov ictimaiyyəti Yevgeni Priqojinin təyyarəsindən götürülən qalıqların genetik ekspertizasının rəsmi nəticələrini gözləməyə çağırıb.

Onun sözlərinə görə, Kreml “Vaqner” xüsusi hərbi təşkilatının rəhbərinin ölümünün rəsmi təsdiqini hələ almayıb, bu, Rusiya prezidenti Vladimir Putinin Priqojinin təyyarəsinin Tver vilayətində qəzaya uğraması ilə bağlı xəbərlərə şərhlərində də nəzərə çarpır.

AzVision.az


Teqlər:





Xəbər lenti