Aİ-nin beş ölkəsi Ukrayna taxılının idxalına qarşıdır

   Aİ-nin beş ölkəsi Ukrayna taxılının idxalına qarşıdır
  25 Avqust 2023    Oxunub:1180
Polşa, Macarıstan, Bolqarıstan, Rumıniya və Slovakiya Avropa İttifaqı rəhbərliyindən 2023-cü ilin sonuna qədər Ukraynadan taxıl idxalına qadağa qoyulmasını xahiş etməyə razılaşıblar.
Polşanın kənd təsərrüfatı və kənd inkişafı naziri Robert Telus bildirib. “Bu bizim istəyimiz olacaq. Bizim hamımızın qəti mövqeyimizdir"-Telus əlavə edib.

İspaniyanın kənd təsərrüfatı naziri Luis Planas Puçades də bildirib ki, bu 5 ölkə Aİ-nin Ukraynadan buğda, qarğıdalı, raps və günəbaxan yağının idxalına müvəqqəti qadağasının 2023-cü ilin sonuna qədər uzadılmasını istəyir.

AzVision.az


Teqlər:





Xəbər lenti