Danilov: "Ukrayna tərəfdaşların tələbi ilə seçki keçirməyəcək"

      Danilov:    "Ukrayna tərəfdaşların tələbi ilə seçki keçirməyəcək"
  25 Avqust 2023    Oxunub:1621
Ukraynada seçkilər Kiyevin heç bir tərəfdaşının tələbi ilə deyil, döyüş əməliyyatları bitəndə keçiriləcək.
Bu barədə Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oliksiy Danilov danışıb.

“Müharibə zamanı seçkilərin keçirilməsi olduqca çətin məsələdir. Ona görə də qanunlarımızı poza biləcəyimizə inanan bu və ya digər tərəfdaşlarımızın tələbi ilə deyil, öz konstitusiyamıza uyğun hərəkət edəcəyik və seçkiləri nə vaxt keçirəcəyimizi qanunvericiliyimizə uyğun olaraq müəyyənləşdirəcəyik”, - deyə Danilov bildirib.

Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi qeyd edib ki, dövlət səsvermə hüququ olan bütün vətəndaşların səsverməsini təmin etməlidir, lakin indiki şəraitdə bunu etmək çox çətindir.

AzVision.az


Teqlər:





Xəbər lenti