Tasnim News Şavkat Mirziyoyevin Azərbaycan səfərindən yazdı

 Tasnim News  Şavkat Mirziyoyevin Azərbaycan səfərindən yazdı
  25 Avqust 2023    Oxunub:1310
Tasnim News saytı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfərinin yekunları ilə bağlı diqqət çəkən məqalə dərc edib.
Nəşr yazır ki, “Özbəkistan Prezidenti Şövkət Mirziyoyevin avqustun 22-23-də Azərbaycan Respublikasına səfəri növbəti illərdə Daşkənd və Bakı arasında müxtəlif sahələrdə səmərəli əməkdaşlığa zəmin yaradıb. Azərbaycan Prezidenti İlham Əliyevin və Şavkat Mirziyoyevin mətbuata birgə bəyanatında bildirdiyi kimi, səfərin nəticələri hər iki ölkənin ikitərəfli münasibətlərdə tərəqqi yolunda olduğunu göstərir".

Bundan başqa, müəllif qeyd edir ki, "Tarixən Azərbaycan və Özbəkistan liderləri arasında görüşlər həmişə dostluq və qarşılıqlı hörmət şəraitində keçib. Görüşdə bir sıra mühüm ikitərəfli sənədlər imzalanıb. Onlardan ən əsası yəqin ki, “Azərbaycan Respublikası və Özbəkistan Respublikası Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Saziş” idi. Bu saziş iki ölkə arasında dövlətlərarası münasibətlərin tamam başqa səviyyəyə çatdırmaq məqsədi daşıyır.

Azərbaycan və Özbəkistan liderləri ikitərəfli danışıqlar çərçivəsində sənaye sahəsində əməkdaşlığı müzakirə ediblər. Hökumətlərarası Komissiyanın ötən ay Şuşada keçirilən işgüzar iclasında ikitərəfli fəaliyyətin bütün istiqamətləri nəzərdən keçirilib...”.

AzVision.az



Teqlər: Səfər  





Xəbər lenti