"Putini Priqojinin ölümündə ittiham etmək diplomatik normalara ziddir" - XİN

   "Putini Priqojinin ölümündə ittiham etmək diplomatik normalara ziddir" -    XİN
  25 Avqust 2023    Oxunub:1141
Qərb dövlətlərinin nümayəndələri Rusiya prezidenti Vladimir Putini “Wagner PMC” şirkətinin rəhbəri Yevgeni Priqojinin təyyarəsini vurmaqda ittiham etməsi diplomatik normalara etinasızlıqdır.
AzVision.az xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Bu, diplomatik normalara açıq-aşkar etinasızlığın təzahürüdür. Fikrimcə hadisələrin necə olması barədə danışmaq ABŞ prezidentinə prezidentinə aid deyil"., o vurğulayıb.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden "təyyarə qəzasının arxasında Rusiya rəhbərliyinin dayanırmı?" sualına cavabında "Vladimir Putinin iradəsinə zidd çox az şey baş verir", deyə cavab verib.

Avqustun 23-ü axşam saatlarında Tver vilayətinin Kujenkino kəndi yaxınlığında şəxsi Embraer Legacy təyyarəsi qəzaya uğrayıb. O, Moskva - Sankt-Peterburq reysi həyata keçirib.

Federal Hava Nəqliyyatı Agentliyi qəzaya uğrayan təyyarənin sərnişinləri arasında biznesmen Yevgeni Priqojin və Dmitri Utkinin də olduğunu bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti