İranda neft emalı zavodunda partlayış olub

 İranda neft emalı zavodunda partlayış olub
  25 Avqust 2023    Oxunub:1106
İranın şimal-şərqində yerləşən Haşiminejad Sərəxs neft emalı zavodunda baş verən partlayışda iki işçi ölüb, altı nəfər isə yaralanıb.
AzVision.az İran mediasına istinadən xəbər verir ki, hadisə zavodun 2 saylı qaz emalı blokunda turş qaz sızması nəticəsində baş verib.

İşçilərin təhlükəsizliyinin təmin edilməməsi və uyğun olmayan iş şəraiti səbəbindən qəzanın ağır nəticələr verdiyi bildirilir.
Xorasan valiliyinin təhlükəsizlik üzrə müavini yaralılarn vəziyyətinin həyəcan doğurmadığını bildirib.

“Partlayış nəticəsində neft emalı zavodunun iki işçisi həlak olub, altı yaralı isə Sərxəs xəstəxanasına aparılıb. Onların ümumi vəziyyəti stabildir”, - məmur deyib.

Beynəlxalq qurumların hesabatına görə, İran əməyin mühafizəsi məsələlərinə əməl olunmasına görə dünya ölkələri arasında 102-ci yerdə qərarlaşıb ki, bu da çox aşağı göstəricidir.
AzVision.az




Teqlər: İran   partlayış  





Xəbər lenti