İranlı diplomat Vaşinqtonu İŞİD-i dəstəkləməkdə ittiham edib

İranlı diplomat Vaşinqtonu İŞİD-i dəstəkləməkdə ittiham edib
  25 Avqust 2023    Oxunub:1440
Amerika qoşunlarını Əfqanıstandan çıxardıqdan sonra hərbi kampaniyanı Xorasanda İŞİD-in gücləndirilməsi ilə əvəz edib.
AzVision.az xəbər verir ki, İranın Əfqanıstandakı səfiri və xüsusi nümayəndəsi Həsən Kazimi Qumi “Qum işçi şəhidləri” mərasimində çıxışı zamanı belə iddia irəli sürüb.

Qumi Amerikanın Əfqanıstanı tərk etmək istəmədiyini və İran Əfqanıstandakı “keçmiş vəziyyəti” təkrarlamamağa çalışdığını söyləyib. Onun sözlərinə görə, İranın Əfqanıstanla bağlı yanaşması qonşu ölkələrlə vətəndaş müharibəsinin və münaqişənin qarşısının alınmasına yardım etməkdir.

Qeyd edək ki, daim İŞİD-i ABŞ üçün ciddi təhlükə adlandıran Vaşinqton onun liderlərini hədəfə alıb.

Son iyirmi ildə isə İran Əfqanıstandakı keçmiş hökumətlərin rəhbərlərinə və rəsmilərinə maliyyə yardımı göstərməklə yanaşı, son illərdə Talibanla sıx əlaqə saxlayıb. 2021-cü ilin yayında Taliban hakimiyyətə qayıdanda İran Kabildəki səfirliyini bağlamayan dörd hökumətdən biri olmaqla yanaşı, Əfqanıstanın Tehrandakı səfirliyini də Taliban nümayəndələrinə təhvil verib.
AzVision.az


Teqlər: İran   ABŞ  





Xəbər lenti