Şavkat Mirziyoyevin qızı Prezidentin köməkçisi təyin edildi

Şavkat Mirziyoyevin qızı Prezidentin köməkçisi təyin edildi
  25 Avqust 2023    Oxunub:1070
Özbəkistan lideri Şavkat Mirziyoyevin qızı Səidə Mirziyoyeva Prezidentin köməkçisi vəzifəsinə təyin edilib.
AzVision.az xəbər verir ki, bu barədə Özbəkistan Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, Şavkat Mirziyoyev bu barədə sərəncam imzalayıb.

Qeyd edək ki, Səidə Mirziyoyeva ötən ilin noyabrından Özbəkistan Prezidenti Administrasiyasının informasiya siyasəti sektorunun müdiri vəzifəsində çalışır.

AzVision.az


Teqlər:





Xəbər lenti