Legioner xəstəliyindən ölənlərin sayı 7-yə çatıb

Legioner xəstəliyindən ölənlərin sayı 7-yə çatıb
  25 Avqust 2023    Oxunub:1394
Polşada ağciyər xəstəliyinin bir növü olan legioner infeksiyasına səbəb olan legionella bakteriyasından həyatını itirənlərin sayı son bir həftədə 7-yə yüksəlib.
Ölkənin cənub-şərqindəki Rzeşov şəhərində baş verən epidemiya ilə bağlı araşdırmalar davam edir.

Ölənlərin 4-ünün kişi, 3-nün isə 60 yaşdan yuxarı qadın olduğu bildirilir. Xəstəxanaya çatdırılanların sayının 113 nəfər olduğu qeyd edilib.

Bildirilib ki, su şəbəkəsindən götürülən nümunələr müayinə olunub və nəticələrin avqustun 28-də açıqlanması gözlənilir.

Qripə bənzər əlamətlərlə başlayan və pnevmoniyaya qədər irəliləyən legioner xəstəliyi tənəffüs və bir çox orqan çatışmazlığı kimi xəstəliklərə səbəb ola bilər. Xəstəlik müalicə edilmədikdə ölümlə nəticələnə bilər.

Ümumiyyətlə süni su sistemlərində rast gəlinən Legionella bakteriyaları daha çox səmərəliliyi azaltmamaq üçün daha az dezinfeksiya edilən binalarda və otel, yataqxana, xəstəxana kimi bir çox insanın istifadə etdiyi binalarda görülür.

AzVision.az


Teqlər:





Xəbər lenti