"Priqojinin ölümü göstərdi ki, Putinə etibar etmək olmaz - Reznikov

   "Priqojinin ölümü göstərdi ki, Putinə etibar etmək olmaz -   Reznikov
  25 Avqust 2023    Oxunub:1374
“Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin ölümü Rusiya prezidenti Vladimir Putinə etibar edilməməsinin sübutudur.
AzVision.az xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Aleksiy Reznikov "Welt"ə müsahibəsində bildirib.

"Priqojinin ölümü Putini zəiflətdi. Çünki bu, bütün dünyaya göstərdi: əgər Putin kiminləsə hansısa razılaşma əldə etmək qərarına gəlsə və bu razılaşmanı pozarsa, o zaman ona artıq etibar etmək olmaz", - rəsmi vurğulayıb.

Reznikov qeyd edib ki, indi Kreml rəsmiləri “quldur və cinayətkar kimi davranırlar”.

Müdafiə nazirinin sözlərinə görə, o, Priqojinin ölümünün Ukraynadakı müharibənin gedişinə hər hansı şəkildə təsir edə biləcəyinə inanmır.

"Bir il əvvəl ciddi qüvvə sayıla bilən "Vaqner qrupu" əslində artıq yoxdur. Onlar məğlub olublar", - Reznikov əlavə edib.

Xatırladaq ki, avqustun 23-də axşam saatlarında Tver vilayətində biznes-jet qəzaya uğramışdı. Təsdiqlənməmiş məlumata görə, o, "Vagner ə" PMC-nin təsisçisi Yevgeni Priqojinə məxsus olub.

Hadisə nəticəsində heç kim sağ qalmayıb. Təyyarədə üç pilot və yeddi sərnişin olub.

AzVision.az


Teqlər:





Xəbər lenti