Hakan Fidan: "Taxıl təşəbbüsünün alternativ yolları risklər ehtiva edir"

      Hakan Fidan:    "Taxıl təşəbbüsünün alternativ yolları risklər ehtiva edir"
  25 Avqust 2023    Oxunub:1901
"Taxıl dəhlizi" təşəbbüsünün bərpası Türkiyə üçün prioritetdir.
AzVision.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan ukraynalı həmkarı Dmitri Kuleba ilə birgə mətbuat konfransı zamanı bildirib. O bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu məsələ ilə bağlı çox sistemli iş aparır.

Hakan Fidan Qara Dəniz Taxıl Təşəbbüsü üçün alternativ yolların axtarıldığını qeyd edib: "Ancaq bu yolların ilkin təşəbbüsə alternativ ola bilməyəcəyini və riskləri ehtiva etdiyini görürük".

AzVision.az


Teqlər:





Xəbər lenti