"Ərdoğan Putinə taxıl tədarükünün bir illik bərpasını təklif edə bilər" - Ekspert

   "Ərdoğan Putinə taxıl tədarükünün bir illik bərpasını təklif edə bilər" -    Ekspert
  26 Avqust 2023    Oxunub:1455
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə gözlənilən danışıqlarda Ukrayna taxılının tədarükünü bir il müddətinə bərpa etmək imkanını müzakirə edə bilər.
AzVision.az xəbər verir ki, bunu TASS-ın müxbirinə politoloq və iqtisadçı, Türkiyənin Rusiyadakı keçmiş ticarət nümayəndəsi Aydın Sezər deyib.

"Türkiyə ilə Rusiya arasında münasibətlər bundan sonra da inkişaf edəcək. Təbii ki, Ukraynadan nə qədər taxıl tədarükünə ehtiyac olduğu kifayət qədər mübahisəlidir. Amma Türkiyənin Ukrayna taxılına ehtiyacı var. Ona görə də ola bilsin ki, Ərdoğan və Putin arasında keçiriləcək görüşdə Türkiyə tərəfi il ərzində Rusiyaya Ukraynanın taxıl tədarükü ilə bağlı blokadasını aradan qaldırmağı təklif edəcək”, - ekspert hesab edir.

AzVision.az


Teqlər:





Xəbər lenti