Bloomberg: Vaşinqtonla Tehran neftlə bağlı qeyri-rəsmi razılığa gəliblər

   Bloomberg:    Vaşinqtonla Tehran neftlə bağlı qeyri-rəsmi razılığa gəliblər
  26 Avqust 2023    Oxunub:1758
Co Bayden administrasiyası ilə İran arasında aylardır davam edən gizli danışıqlar, Tehranın Cənubi Koreyadakı aktivlərinin azad edilməsinə qarşı məhbusların mübadiləsində irəliləyişə səbəb olub. Bu həmçinin İranın uranı zənginləşdirməsini ləngidib.
AzVision.az xəbər verir ki, “Bloomberg” agentliyinin yeni hesabatında Tehranla Vaşinqtonun neft axını ilə bağlı da bir növ qeyri-rəsmi razılaşmaya gəldikləri vurğulanır.

“ABŞ rəsmiləri özəl olaraq etiraf edirlər ki, onlar İranın neft satışına qarşı sanksiyaların tətbiqini tədricən yüngülləşdiriblər. Amerika rəsmilərinin qiymətləndirməsinə görə, İran neftinin dünya bazarına çıxması onun qiymətini aşağı salacaq. ABŞ-da benzinin qiymətinin bir qallon üçün dörd dollar səviyyəsində saxlanılması 2024-cü il prezident seçkilərində Co Baydenin yenidən seçilməsinə kömək edə bilər. İran əsas neft növlərini Rusiya neftinin müxtəlif növlərindən əhəmiyyətli dərəcədə ucuz olan Brent markalı neftlə müqayisədə barrel üçün 10 dollardan çox endirimlə satır”, - hesabatda deyilir.

Kepler əmtəə-informasiya şirkəti keçən həftə İranın bu ay Çinə təxminən 1,5 milyon barrel xam neft ixrac edəcəyini bunun da son on ildə Pekinin idxal etdiyi ən yüksək həcm olacağını bildirmişdi.

Nyu-Yorkdakı kapital bazarlarında qlobal Əmtəə strategiyasının rəhbəri Halima Croft ABŞ-lə İranın daha çox neft hasilatı msələsində iqtisadi maraqlarının bazarda üst-üstə düşdüyünü açıqlayıb.
AzVision.az


Teqlər: İran   ABŞ  





Xəbər lenti