Space X kosmosa 4 astronavtı göndərdi

 Space X kosmosa 4 astronavtı göndərdi
  26 Avqust 2023    Oxunub:1497
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) "Crew-7" missiyasını yerinə yetirmək üçün 4 astronavtın daxil olduğu "Crew Dragon" kapsulu yerli vaxtla saat 03:27-də SpaceX-in Falcon 9 raketi ilə ABŞ-ın Florida ştatındakı Kennedi Kosmik Stansiyasından orbitə buraxılıb.
NASA-nın əməkdaşı Casmin Moqbelinin rəhbərlik etdiyi yeni komandaya Avropa Kosmik Agentliyindən (ESA) danimarkalı Andreas Mogensen, Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyindən (JAXA) Satoşi Furukava və Rusiya Federal Kosmik Agentliyindən (Roskosmos) kosmonavt Konstantin Borisov daxildir.

Ekipajı daşıyan Crew Dragon kapsulunun sabah yerli vaxtla səhər saat 8.39-da Beynəlxalq Kosmik Stansiyayaya çatması gözlənilir.

Təxminən 190 gün stansiyada qalması gözlənilən yeni komandanın mart ayından bu günədək stansiyada olan “Ekipaj-6” astronavtlarından vəzifələrini 5 gün içərisində alacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti