Qətər İranla ABŞ arasında nüvə danışıqlarına ümid edir
“İrana gəlincə, biz məhbus mübadiləsi sazişində İran və ABŞ arasında əsas vasitəçi rolunu oynadıq və ümid edirik ki, bu, nüvə sazişi ilə bağlı daha geniş müzakirələrə səbəb olacaq”, - Ət-Tani deyib
Qətərin Xarici İşlər nazirliyinin sözçüsü Məcid Əl-Ənsari də analoji ruhlu bəyanat verib:
“İran və ABŞ arasında Dohanın vasitəçiliyi ilə həyata keçirilən məhbus mübadiləsi sazişi tətbiq mərhələsinə daxil olub. Dohanın vasitəçi rolu davam edir və bu ölkə razılaşmanın həyata keçirilməsi, məhbusların azad edilməsi və İranın banklardakı vəsaitlərinin ələ keçirilməsinin aradan qaldırılması üçün müxtəlif tərəflərlə məsləhətləşmələr aparır”, - Əl-Ənsari vurğulayıb.
Qeyd edək ki, JCPOA sazişinin bərpası üzrə danışıqlar ötən ilin yayında nəticəsiz başa çatıb. İranda ümummilli etirazların başlamasından və İranla Rusiya arasında hərbi əməkdaşlıqdan sonra ABŞ rəsmiləri dəfələrlə JCPOA-nı canlandırmaq üçün danışıqların artıq Bayden administrasiyası üçün prioritet olmadığını bildiriblər.
Bununla belə, son aylar Amerika mətbuatı İran və ABŞ arasında qeyri-rəsmi “anlaşma” barədə xəbərlər dərc edirlər.
AzVision.az