İdmançı qadının hicab örtməməsi mübahisə doğurub
“Kəlardəşt valisinin idmançı qızlardan biri ilə görüşü barədə kiberməkanda dərc olunan şəkillərdən sonra dərhal məsələni araşdırın və hesabatı açıqlayın”, - Vahidi bildirib.
Bu mərasimdən yayılan video-materialda voleybol üzrə milli reytinq qazanmış tələbə qızın xarici görünüşü İranın təsdiq etdiyi geyimlərə tam uyğun gəlmədiyi görünür. Tədbirdə iştirak edən rəsmilər tələbənin məcburi hicaba riayət etməməsinin “ehtiyatsızlıq” kimi qiymətləndiriblər.
İran hakimiyyəti Məhsa Əmininin vəfatının ildönümü ərəfəsində məcburi hicaba riayət olunmasına ciddi nəzarət etmək üçün dəridən-qabıqdan çıxır. Lakin hər gün ictimai yerlərdə məcburi hicaba etiraz edən qadınların çoxlu görüntüləri dərc olunur.
AzVision.az