Ryabkov: Rusiya-İran "qanuni" hərbi əməkdaşlığı dəyişməyib

   Ryabkov:    Rusiya-İran "qanuni" hərbi əməkdaşlığı dəyişməyib
  26 Avqust 2023    Oxunub:1427
Moskva Tehranla hərbi əməkdaşlığın bütün sınaqları və təzyiqləri dəf edəcəyinə əmindir.
AzVision.az xəbər verir ki, Rusiyanın Xarici İşlər nazirinin müavini Sergey Ryabkov, ABŞ-ın Tehrandan Rusiyanı PUA-lara təchiz etməyi dayandırması tələbinə baxmayaraq, Moskva-Tehran hərbi əməkdaşlığının “geosiyasi təzyiqlərə” tab gətirəcəyini söyləyib.

“Moskva və Tehranın ikitərəfli və beynəlxalq öhdəliklərinə uyğun olaraq, Rusiyanın İranla “tamamilə qanuni” hərbi əməkdaşlığında heç bir dəyişiklik yoxdu. Biz Amerikanın və onun peyklərinin diktəsinə tabe olmayan müstəqil ölkələrik”, - Ryabkov deyib.

Böyük Britaniyanın “Financial Times” qəzeti bu yaxınlarda İran rəsmisinin, habelə dolayı Tehran-Vaşinqton danışıqlardan xəbərdar olan başqa bir mənbənin bəyanatlarına istinadən ABŞ-nin Rusiyanın Ukraynaya hücumlarda istifadə etdiyi PUA-larla təchiz etməyi dayandırması üçün Tehrana “təzyiq” göstərdiyini yazıb.
AzVision.az


Teqlər: İran   Rusiya  





Xəbər lenti