Üsyançılar: "Fransa səfirinin Nigeri tərk etməsini tələb etmək hüququna malikik"

   Üsyançılar:    "Fransa səfirinin Nigeri tərk etməsini tələb etmək hüququna malikik"
  26 Avqust 2023    Oxunub:1112
General Abdurahman Tchianinin başçılıq etdiyi Niger üsyançılarının yaratdığı Vətənin Qurtuluşu Milli Şurası (NCSR) hesab edir ki, Fransanın Niameydəki səfiri Silven İttenin 48 saat ərzində ölkəni tərk etməsini tələb etmək hüququ var.
“Vyana sazişi Fransa səfirinin ölkəni tərk etməyə məcbur edilməsi barədə bizim suveren hüququmuzu aydın şəkildə müəyyən edir”, - Əl-Cəzirə telekanalı NSSR-dən sitat gətirib.

Qeys edık ki, dünən Niger üsyançılarının liderləri Fransanın Niameydəki səfiri Silven İttedən 48 saat ərzində ölkəni tərk etməyi tələb ediblər. "Al Hadath" telekanalının məlumatına görə, səfir üsyançıların nəzarətində olan Xarici İşlər Nazirliyinə edilən zəngə cavab verməyib və onların nümayəndələri ilə görüşməkdən imtina edib.

AzVision.az


Teqlər:





Xəbər lenti