ABŞ dəniz piyadalarını aparan helikopter qəzaya uğradı

ABŞ dəniz piyadalarını aparan helikopter qəzaya uğradı
  27 Avqust 2023    Oxunub:1252
Avstraliyanın şimalında Darvin sahillərində iyirmiyə yaxın ABŞ dəniz piyadasını aparan “V-22 Osprey” hərbi helikopteri qəzaya uğrayıb.
AzVision.az xəbər verir ki, bu barədə Avstraliyanın “Sky News” telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Melvil adasının yaxınlığında ABŞ, Avstraliya, İndoneziya, Filippin və Şərqi Timordan olan hərbi qulluqçuların iştirak etdiyi təlimlər zamanı baş verib. Ekipaj üzvlərinin itkin düşdüyü bildirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti