Rumıniyada partlayış: 57 yaralı, 1 ölü
Daxili İşlər Nazirliyinin 43 əməkdaşı xəsarət alıb, onlardan 39-u yanğınsöndürən, ikisi polis, daha ikisi isə jandarmdır.
54 nəfər tibb müəssisələrinin müxtəlif şöbələrinə yerləşdirilib, onlardan 10-u intubasiya olunub.
İlk partlayış şənbə günü axşam Crevedia şəhərindəki yanacaqdoldurma məntəqəsində baş verib. Nəqliyyatın hərəkəti dayandırılıb. Yanğınsöndürənlərin səylərinə baxmayaraq, alov digər qaz çənlərinə də keçdiyi üçün daha bir neçə partlayış baş verib. Xilasedicilər 700 metr radiusda olan təhlükəli zonadan üç mindən çox insanı təxliyə ediblər. Antiböhran kamerası yaradılıb, Ekologiya Nazirliyinin mütəxəssisləri cəlb olunub, onlara havanın keyfiyyətinə nəzarət etmək tapşırılıb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: