"Yandex"in həmtəsisçisi sanksiyalarla bağlı Aİ-yə müraciət etdi

   "Yandex"in həmtəsisçisi sanksiyalarla bağlı Aİ-yə müraciət etdi
  27 Avqust 2023    Oxunub:1464
“Yandeks” internet şirkətinin həmtəsisçisi Arkadi Voloj Ukraynada müharibə başlayandan sonra beynəlxalq ictimaiyyətin qəbul etdiyi sanksiya siyahılarından çıxarılması üçün Avropa İttifaqına rəsmi sorğu göndərib.
Bu barədə Financial Times məlumat yayıb. Qəzetin həmsöhbətlərinin dediyinə görə, biznesmenin vəkilləri Voloja qarşı sanksiyaların ləğvi tələbi ilə Aİ orqanlarına müraciət ediblər. Aİ rəsmilərinin sorğunu gələn ay nəzərdən keçirərək müzakirə edəcəyi gözlənilir.

Voloja yaxın mənbə nəşrə müraciətin təmin ediləcəyinə şübhə ilə yanaşdığını bildirib.

Avqustun əvvəlində TASS-a daxil olan müraciətində Voloj ölkəni tərk edən rus mühəndislərinə dəstək verdiyini və 2022-ci ilin fevralından onun “Yandex ilə hekayəsi”nin bitdiyini bildirib. O, Rusiyanın Ukraynada müharibə etməsi ilə razılaşmadığını deyib.

Voloj 2022-ci ilin iyununda Aİ-nin sanksiyalar siyahısına daxil edildikdən sonra "Yandex"in baş direktoru vəzifəsini, eləcə də qrupun beynəlxalq törəmə şirkətlərində yüksək vəzifələrdən ayrılıb.

Dekabrın sonunda o, işçiləri ilə vidalaşıb. Şirkətin mətbuat xidməti bildirib ki, Voloj "Yandex"də kənar məsləhətçi kimi də qalmayacaq.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: "Yandex"  





Xəbər lenti