Priqojinin ölümü rəsmən təsdiqləndi

   Priqojinin ölümü rəsmən təsdiqləndi
  27 Avqust 2023    Oxunub:1281
İstintaq Komitəsi Tver vilayətində baş verən təyyarə qəzasından sonra molekulyar-genetik müayinələri başa çatdırıb.
Bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidmətindən bildirilib. Ölənlərin hamısının şəxsiyyəti müəyyən edilib. Onlar arasında “Vaqner” özəl hərbi şirkətinin qurucusu Yevgeni Priqojın də var.
Priqojin təyyarə qəzasında öldü


“Tver vilayətində baş verən təyyarə qəzasının təhqiqatı çərçivəsində molekulyar-genetik müayinələr başa çatıb. Onların nəticələrinə əsasən ölən 10 nəfərin hamısının şəxsiyyəti müəyyən edilib, onlar uçuş vərəqəsində göstərilən siyahıya uyğundur”, - məlumatda deyilir.

Xatırladaq ki, avqustun 23-ü “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin təyyarəsi Rusiyanın Tver vilayətində qəzaya uğrayıb. Baş verən təyyarə qəzasında 10 nəfər ölüb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:   Priqojin  





Xəbər lenti