Zelenski: İsrail kimi uzun müddət döyüşməyə hazıram

      Zelenski:    İsrail kimi uzun müddət döyüşməyə hazıram
  27 Avqust 2023    Oxunub:1576
“Ukrayna hökuməti itkiləri minimuma endirməyi bacararsa, Kiyev İsraili misal gətirərək uzun müddət mübarizə aparmağa hazırdır".
AzVision.az -ın məlumatına görə, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Rada telekanalının efirində bildirib.

“İnsanları itirməsək, uzun müddət mübarizə aparmağa hazırıq. Bu ola bilər, amma qurbanları minimuma endirmək lazımdır”, - dövlət başçısı bildirib.

O, İsraili misal çəkib və qeyd edib ki, “belə yaşamaq mümkündür”.

Şahanə Rəhimli

AzVision.az


Teqlər:





Xəbər lenti