Kadırov tapşırıq verdi: "Gəlinə və qaynanaya bahalı hədiyyə vermək olmaz"

      Kadırov tapşırıq verdi:    "Gəlinə və qaynanaya bahalı hədiyyə vermək olmaz"
  27 Avqust 2023    Oxunub:1463
Çeçenistan müsəlmanlarının ruhani idarəsi özünün teleqram kanalında regionda toy şənlikləri üçün tələb olunan normaları dərc edib. Sənəd respublika rəhbəri Ramzan Kadırovun tapşırığı ilə hazırlanıb.
Nəşrdə qeyd olunur ki, 50 min rubl məbləğində cehiz, çay, şəkər, qoyun çeçen qanunlarına uyğun olaraq dəyişməz olaraq qalır.

Gəlinə görə ödəniləcək pulun qiyməti qızın öz istəyi ilə, həm də ənənəyə uyğun olaraq müəyyən edilir.

Yeni qaydalara əsasən, bəyə, qayınataya, qayınanaya (bəyin valideynləri) və başqalarına bahalı hədiyyələr etmək qadağandır. Bəy qonaq gələndə onu müşayət edənlərə də hədiyyə vermək olmaz. Bu məsələlərdə adətlərdən kənara çıxmaq olmaz.

Öz növbəsində, gəlinin qohumlarına baş çəkməyə gedən bəyin valideynləri"Çeçen cəmiyyətində çoxdan qəbul edilmiş, lakin bahalı olmayan hədiyyələr hazırlamalıdırlar.

“İslam və çeçen adətlərinə uyğun olmayan hər hansı həddi aşmaq, yəni brilyant üzüklər, kürklər, məişət texnikası, mənzillər, avtomobillər və s. kimi bahalı hədiyyələr qəti qadağandır”, - sənəddə deyilir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti