Hindistanda müəllim müsəlman şagirdi döydürdü - VİDEO

   Hindistanda müəllim müsəlman şagirdi döydürdü -    VİDEO
  27 Avqust 2023    Oxunub:1738
Hindistan polisi müəllimin şagirdlərə 7 yaşlı müsəlman sinif yoldaşına yumruq vurmasını təklif edən videonun internetdə yayılmasından sonra araşdırmaya başlayıb.
Ötən cümə günü internetdə yayılan videoda Hindistanın Uttar Pradeş ştatında bir məktəb müəlliminin şagird haqqında islamofobik ifadələr işlətdiyi və sinif yoldaşlarını şagirdi daha sərt döyməyə çağırması ilə bağlı video yayılıb.

Videoda ağlayan oğlanın üzünə yumruq zərbələri endirilir. “Niyə belə zəif vurursan? Onu daha da bərk vurun”,- deyir müəllim. Daha sonra o, şagirdə bir daha sillə vurmamağı təklif edir.

Zərərçəkənin atası hadisə barədə polisə xəbər verib və uşağı məktəbdən çıxarıb, lakin heç bir ittiham irəli sürməyib.

İnsan haqları qrupları bildirirlər ki, 2014-cü ildə baş nazir Narendra Modi vəzifəyə gəldikdən sonra Hindistanda müsəlman azlıq üzvlərinə qarşı nifrət cinayətlərinin və zorakılıq aktlarının sayı artıb.



Şahanə Rəhimli
AzVision.az


Teqlər: Hindistan  





Xəbər lenti