FSB-nin saxladığı Robert ABŞ-a işlədiyini etiraf edib? - VİDEO
"Federal Təhlükəsizlik Xidməti ABŞ-ın Moskvadakı səfirliyinin informatoru olan ABŞ-ın Vladivostokdakı Baş Konsulluğunun keçmiş əməkdaşı Şonov Robert Robertoviçin qanunsuz fəaliyyətinin qarşısını alıb. O, Cinayət Məcəlləsinin 275.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətdə ittiham olunub. Şonov əməllərini etiraf edib”, - məlumatda deyilir.
FSB-nin məlumatına görə, “2022-ci ilin sentyabrından, Şonov saxlanılan vaxta qədər maddi mükafatlar üçün ABŞ-ın Moskvadakı səfirliyinin siyasi şöbəsinin əməkdaşları Ceffri Sillin və Devid Bernşteynin müharibənin gedişat barədə məlumat toplamaq üçün tapşırıqlarını yerinə yetirib. Bura Rusiya regionlarında səfərbərlik prosesləri, problemli məqamlar və 2024-cü ildə Rusiya Federasiyasında keçiriləcək prezident seçkiləri ərəfəsində əhalinin etiraz fəallığına təsirinin qiymətləndirilməsi də daxil imiş.
Xüsusi xidmət orqanı onu da bəyane dib ki, adı çəkilən diplomatlar da prosesə cəlb ediləcəklər: "Həmin amerikalı diplomatların dindirilməsi planlaşdırılır. Bununla bağlı ABŞ-ın Moskvadakı səfirliyinə müvafiq çağırışlar göndərilib".
Tural Tağıyev
AzVision.az
Teqlər: Rusiya