NATO-nun Kiyevlə yeni strateji addımı: “Müharibə şurası”nda nələr müzakirə edilib?

    NATO-nun Kiyevlə yeni strateji addımı:  “Müharibə şurası”nda nələr müzakirə edilib?
  28 Avqust 2023    Oxunub:1459
Ukrayna ilə Rusiya arasında davam edən müharibənin artıq başqa mərhələyə keçməsi barədə danışılmağa başlanılıb. Əslində, ötən həftə Krıma qarşı hərəkətə keçən Kiyevin NATO ilə 2024-cü il üçün yeni strategiya hazırladığı iddia edilib.
Britaniyanın “The Guardian” qəzetinin xəbərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujni avqustun ortalarında Polşada məxfi bir yerdə NATO-nun yüksək rütbəli komandiri ilə “müharibə şurası” kimi xarakterizə edilən 5 saatlıq görüş keçirib. NATO-nun baş komandanı Kristofer Kavolinin və Böyük Britaniyanın Baş Qərargah rəisi Entoni Radakinin də qatıldığı görüşün məqsədi Ukraynanın hərbi strategiyasının sıfırlanması və tamamilə yeni strategiyanın müəyyənləşdirilməsi kimi şərh edilib.

Bu görüşdə komandirlər Ukraynanın əks-hücum əməliyyatında irəliləyişin dayandırılmasını ilə yanaşı, açıq şəkildə 2024-cü ilə qədər davam edəcək müharibədə qış üçün planları müzakirə ediblər. Qəzet yazıb ki, uzun danışıqlar zamanı Ukrayna ordusunun strategiyası dəyişib və indi diqqət daha çox Zaporojya cəbhəsinə yönəlib. Müvafiq olaraq, Ukrayna ordusu Azov dənizinə çatmağa çalışacaq.

Bu arada Vladimir Zelenskinin baş müşaviri Mixail Podolyak Ukrayna qoşunlarının baş komandanı Zalujnının Polşa-Ukrayna sərhədində NATO generalları ilə gizli görüşdə iştirak etdiyini təsdiqləyib. Qəzet həmçinin Radakinin də iştirak etdiyi bu görüşün ilk dəfə olmadığını, İngiltərə Baş Qərargah rəisinin sözügedən son görüşdən əvvəl Ukrayna paytaxtına getdiyini və prezident Volodimir Zelenski ilə 45 dəqiqə görüşdüyünü, yeni strategiyalar və Qərbin harada kömək edə biləcəyi barədə məlumat verdiyini qeyd edib.

Bununla yanaşı, qəzetin xəbərində ABŞ-ın Ukrayna-Rusiya müharibəsinə birbaşa müdaxiləsinin görsənməməsi üçün Baş Qərargah rəisi, general Mark Milleyi gizli iclasa göndərmədiyi, onun ümumiyyətlə Kiyevə səyahətinə qadağa qoyulduğu qeyd edilib.

Vaşinqtonda yerləşən beyin mərkəzi Müharibə Araşdırmaları İnstitutunun (ISW) ötən günlərdə Ukrayna qüvvələrinin Zaporojye bölgəsində irəliləməyə başlaması barədə son iddiaları da görüşü xatırladıb.

Cəbhə xəttindəki hadisələri yaxından izləyən ISW ​​yazıb ki, Ukrayna ordusu Zaporojyanın qərbində mühüm taktiki uğur əldə edib, ola bilsin ki, müdafiə xəttinin ən çətin hissəsinə çatıb. Minalar və istehkamların aşıldığını bildirən analitiklər hazırda ukraynalıların növbəti müdafiə xəttini vurmaq vəziyyətində olduğunu qeyd ediblər. Ukrayna əsgərləri indi tankların cəbhə xəttinə girməsinin qarşısını almaq üçün Rusiya qüvvələrinin yerləşdirdiyi “əjdaha dişləri” ilə üzləşəcəklər.

AzVision.az


Teqlər:





Xəbər lenti