Maskı fitə basdılar: “Twitter-i geri qaytar!” - VİDEO
"Turnir təkcə milyonlarla oyun həvəskarının deyil, həm də müxtəlif sahələrdən olan məşhurların diqqətini cəlb edib. Möhtəşəm finalın qonaqlarından biri Mask idi. O, tədbirə oğlu ilə qatılıb və tribunada əyləşib. Amma Maskın turnirə tamaşaçı kimi qatılması izləyicilərdə narazılığa səbəb olub. Matçın yayımı zamanı Mask arenada quraşdırılmış böyük ekranda göstərilib. Bundan sonra fit və qışqırıqlar eşidilib: “Twitter-i geri qaytar!”.
Tural Tağıyev
AzVision.az