İran Pakistana ucuz elektrik enerjisi və qaz satmaq istəyir
2009-cu il müqaviləsi əsasında Pakistanın İrandan qaz idxalı üçün kəmər çəkməkdən imtina etməsi məsələsinə toxunan Müqəddəm bildirib ki, bu müstəvidə Pakistanın ABŞ sanksiyaları ilə üzləşməməsi üçün Tehran “həll” yolları axtarır.
Maraqlıdır ki, bu bəyanatlar İranın özünün yayda ciddi elektrik enerjisi, qışda isə qaz çatışmazlığı ilə üzləşdiyi bir şəraitdə səslənir. Bununla belə, İbrahim Rəisi hökuməti hətta elektrik enerjisi və qaz ixracını artırıb.
Energetika nazirliyinin rəsmi internet saytında dərc olunan aylıq statistikaya görə, İranın 2023-cü ilin ilk dörd ayında elektrik enerjisi ixracı təxminən 1,9 teravatt saata çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 92% çoxdur.
AzVision.az