Separatçılardan növbəti təxribat - FOTOLAR

   Separatçılardan növbəti təxribat  - FOTOLAR
  28 Avqust 2023    Oxunub:1464
Xankəndidəki separatçılar təxribatçı addımlarını davam etdirirlər.
Dünyaya Qarabağ ermənilərinin "acından öldüklərini" car çəkən separatçılar təmtəraqlı toy və şənliklərindən geri qalmır, öz dezinformasiyalarını ifşa edirlər.

Ucuz separatizm – KARİKATURA
Bu gün isə məlum olub ki, ərzaq və digər ləvazimatlar "tapa bilmirik" deyən Xankəndidəki hərbi canilər məktəblilər üçün kütləvi forma tikintisinə başlayıblar.

Erməni jurnalist Nairi Xoxikyan bununla bağlı yazıb ki, “Qarabağda məktəbli çantaları və formalar tikilir ki, uşaqlar onları sentyabrda ala bilsinlər. Qarabağ məktəblərinin (Ermənilər yaşayan əraziləri nəzərdə tutur-red.) indiki şərtlər altında fəaliyyət göstərib-göstərməyəcəyi hələ aydın deyil. Lakin ordu cəbhə xəttində "müdafiəni" dayandırmadığı kimi təhsil də dayanmamalıdır. Bütün müharibələri müəllimlər ya qazanır, ya da uduzur".

Qeyd edək ki, məktəbli formaları və çantalarında separatçıların "Artsax" adlandırdıqları qondarma rejimin emblem və ya digər işarələri əks olunub.

Tural Tağıyev
AzVision.az

Qalereya




Teqlər:   Separatçı   Təxribat  





Xəbər lenti