Tehran uranın zənginləşdirilməsi prosesinin “yavaşıması” xəbərinə “aydınlıq” gətirib

Tehran uranın zənginləşdirilməsi prosesinin “yavaşıması” xəbərinə “aydınlıq” gətirib
  28 Avqust 2023    Oxunub:1310
İranda uranın zənginləşdirilməsi prosesi İslam Şurasının qanunlarına uyğun olaraq davam edir.
AzVision.az xəbər verir ki, İranın Atom Enerjisi təşkilatının rəhbəri Məhəmməd İslami uranın zənginləşdirilməsi prosesində “təəccüblü” azalma ilə bağlı sualı şərh edərkən, rəhbəri olduğu qurumun dövlətin rəsmi proqramı çərçivəsində hərəkət etiyini bildirib.

“Zənginləşmə strateji fəaliyyət qanunu (Məclis) və sistemin ümumi tədbirləri çərçivəsində həyata keçirilir və biz də buna uyğun hərəkət edəcəyik. MAQATE-nin İrandan tələb etdiyi dörd şübhəli nüvə obyektindən yalnız ikisi qalıb və mən ümidvaram ki, u iş də Tehranın MAQATE ilə qarşılıqlı əlaqələri ilə yekunlaşacaq. MAQATE-nin rəhbərinin müavini İrana səfərə hazırlaşır, mən isə agentliyin Vyanada keçiriləcək ümumi iclasında qurumun baş direktoru Rafael Qrossi ilə görüşəcəyəm. Səudiyyə Atom-elektrik stansiyasının inkişafında İranın yardımı ilə bağlı demək olar ki, izləmələr aparılıb və kommunikasiyalar mövcuddur. Ümid edirəm ki, Tehranla Ər-Riyad arasında siyasi münasibətlərin qurulması ilə mütləq yaxşı şeylər olacaq”, - İslami deyib.

Qeyd edək ki, bundan əvvəl “Wall Street Journal” nəşri bildirmişdi ki, İranın zənginləşdirilmiş uranın istehsalını hərbi məqsədlər üçün istifadə olunmağa yaxın səviyyədə əhəmiyyətli dərəcədə azaltdığını bildirib. Qəzetin yazdığına görə, hətta İranın zənginləşdirilmiş uran ehtiyatlarının bir qismi də “seyrəltmə” prosesindədir.
AzVision.az



Teqlər: İslami   uran  





Xəbər lenti