Krım üzərində Kiyevə məxsus 2 PUA vurulub

Krım üzərində Kiyevə məxsus 2 PUA vurulub
  28 Avqust 2023    Oxunub:1135
Krım yarımadası üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus 2 pilotsuz uçuş aparatı (PUA) vurulub.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Rusiya ordusunun hava hücumundan müdafiə (HHM) qüvvələri Rusiyaya məxsus obyektlərə hücum etmək üçün kəşfiyyat aparan iki ədəd PUA-nı zərərsizləşdirib.

"Bu gün saat 10:30 radələrində Kiyev rejiminin iki təyyarə tipli PUA-sının Rusiya Federasiyası ərazisində obyektlərə qarşı terror aktı törətmək cəhdinin qarşısı alınıb. İki pilotsuz uçuş aparatı hava hücumundan müdafiə qüvvələri tərəfindən növbə ilə məhv edilib”, - məlumatda qeyd edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti