"Yaxın günlərdə Rusiya və Türkiyə XİN başçılarının görüşü olacaq" - Zaxarova

   "Yaxın günlərdə Rusiya və Türkiyə XİN başçılarının görüşü olacaq" -    Zaxarova
  28 Avqust 2023    Oxunub:1174
Yaxın vaxtlarda Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla türkiyəli həmkarı Hakan Fidan arasında danışıqlar baş tutacaq.
AzVision.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

“Yaxın vaxtlarda Moskvada Rusiya və Türkiyə XİN rəhbərləri arasında danışıqlar baş tutacaq”, - diplomat bildirib.

Avqustun 25-də Fidanın Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri kimi ilk səfərini Kiyevə etdiyi bildirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti