Hicabı açanlar mədəniyyət sahəsində işləyə bilməz
“Milli maraqlara zidd davranan heç bir mədəniyyət fəalına işləməyə icazə verilmir. Hicabını açan şəxs işə buraxılmayacaq”, - İsmaili deyib.
Bundan öncə, bu ilin aprel və iyul aylarında məcburi hicabdan imtina edən aktyorlar haqqında da oxşar fikirlər səsləndirin İsmaili “Hicabı aşkar edənin kinoda işləməsinə icazə verilmir” bəyanatını vermişdi.
Lakin buna rəğmən, İrşad nazirliyinin Kino təşkilatında filmlərin nümayişinə nəzarət üzrə baş direktoru Ruhullah Söhrabi, məcburi hicaba qarşı çıxan kinematoqrafçıların işə qayıtması ilə bağlı “səlahiyyətli orqanlar”ın qərar verəcəyini vurğulayıb ki, bu da əslində İsmailinin mövqeyi ilə ziddiyyət təşkil edir.
“Əgər aktyor davranışından peşman olub, əvvəlki prinsiplərinə qayıdırsa, aidiyyatı qurumların qərarı ilə işləyə bilər”, - Söhrabi deyib.
Söhrabi onu da etiraf edib ki, kino təşkilatı bu aktyorların fəaliyyətinin bərpası ilə bağlı qərar verən şəxs deyil, çünki bununla bağlı “məhkəmə və təhlükəsizlik” aspektləri var.
AzVision.az
Teqlər: İran aktrisalar