İranlı professor: “Təhsil nazirinin başına kül olsun”

   İranlı professor:    “Təhsil nazirinin başına kül olsun”
  28 Avqust 2023    Oxunub:1346
Tərbiət Modərres Universitetinin Rus dili kafedrasının professoru, tanınmış tərcüməçi Abtin Gülkari təhsil naziri Məhəmməd Əli Zülfigülün hökuməti tənqid edən bir qrup universitet professorunun işdən çıxarılmasına susmasını pisləyib.
O, bu barədə özünün “İnstaqram” hesabında məlumat paylaşaraq yazıb ki, təhsil nazirinin başına kül olsun.

Professorun sözlərinə görə, öz vəzifəsinin öhdəsindən gələ bilməyən və "keçi qədər qorxaq" təhsil naziri tabeliyində olan qurumlarda baş verən bu rüsvayçılığa reaksiya göstərənmir.

Qeyd edək ki, yayılan xəbərlərə görə, avqustun 26-da, İranda kütləvi etirazların ildönümü və təhsil ocaqlarının yenidən açılması ərəfəsində Şərif, Əllamə və Tehran universitetlərində ən azı 10 professor işdən çıxarılıb.

AzVision.az



Teqlər: İran   Professor  





Xəbər lenti