Rusiya aviaşirkəti Bakıya uçuşların sayını artırıb

Rusiya aviaşirkəti Bakıya uçuşların sayını artırıb
  28 Avqust 2023    Oxunub:1078
Rusiya aviaşirkəti Bakıya uçuşların sayını artırıb.
AzVision.az xəbər verir ki, “İrAero” aviaşirkəti avqustun 31-dən Krasnoyarskdan Bakıya uçuşların sayını ikiyə çatdıracaq.

Belə ki, aviaşirkətin təyyarələri Azərbaycanın paytaxtına cümə axşamı və bazar günləri uçuşlar həyata keçirəcək.

Cümə axşamı Krasnoyarskdan təyyarələr saat 20:20-də, bazar günləri saat 09:10-da Bakı istiqamətində havaya qalxacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti