Səudiyyə Ərəbistanında qırıcı təyyarə qəzaya uğrayıb
“Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, briqada generalı Turki əl-Maliki bildirib ki, bu gün saat 15:44-də qırıcı təyyarə planlaşdırılmış təlim uçuşu zamanı qəzaya uğrayıb”, nazirliyin X (keçmiş Twitter) səhifəsində deyilir.
Əl-Malikinin sözlərinə görə, ekipaj son anda katapult edərək sağ qalıb. Qəza nəticəsində yerdə ölən və xəsarət alan yoxdur.
AzVision.az
Teqlər: