Yəməndə “Sərhədsiz həkimlər”in iki əməkdaşı qaçırılıb

Yəməndə “Sərhədsiz həkimlər”in iki əməkdaşı qaçırılıb
  28 Avqust 2023    Oxunub:1094
Naməlum silahlılar Yəməndə “Sərhədsiz həkimlər” beynəlxalq humanitar təşkilatının iki əməkdaşını qaçırıblar.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Kanalın mənbələrinin məlumatına görə, təşkilatın əməkdaşları Marib vilayətinin şərqindəki Əl-İrkeyn rayonunda qaçırılıblar. Hücum bu bölgəni Şəbva vilayəti ilə birləşdirən avtomobil yolunda həyata keçirilib. Kanal hadisə ilə başqa təfərrüatlar verməyib.

Xatırladaq ki, ötən il fevralın 11-də BMT Təhlükəsizlik Departamentinin beş üzvü səfər missiyasından sonra Ədənə qayıdarkən Yəmənin cənubunda naməlum silahlı şəxslər tərəfindən qaçırılmışdı. Onlardan 4-ü Yəmən vətəndaşıdır. Avqustun 11-də BMT Baş katibinin ofisi qaçırılanların hamısının sərbəst buraxıldığını, onların səhhətlərinin yaxşı olduğunu açıqlayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti