Ərdoğan Nyu-Yorkda Putinlə görüşə bilər
"Ərdoğan və Putin Baş Assambleyanın açılışından əvvəl görüşəcəklər. Gec deyil. Yekun tarix hələ razılaşma mərhələsindədir, lakin bu, BMT Baş Assambleyasına qədər baş tutacaq", - mənbə bildirib. O, həmçinin əlavə edib ki, tərəflər Ukraynadakı münaqişənin "sülh yolu ilə həlli perspektivlərini diqqətlə müzakirə etmək" niyyətindədirlər.
Bundan əlavə, mənbə qeyd edib ki, Ərdoğan və Putin həm orijinal taxıl müqaviləsini, həm də ərzaq çatdırılması üçün mümkün alternativləri müzakirə edəcəklər. “Ankaranın mövqeyi bir neçə dəfə ifadə olunub, o cümlədən ötən gün xarici işlər naziri Hakan Fidan Kiyevdə qeyd edib ki, nəzəri alternativlərdən fərqli olaraq, taxıl sövdələşməsinin çatdırılma marşrutu baxımından ilkin variantı daha üstündür. Rusiyada liderlər arasında danışıqlarda ümumiyyətlə, sövdələşmənin əvvəlki formada bərpası məsələsi müzakirə olunacaq. Lakin taxılın ehtiyacı olan ölkələrə çatdırılması üçün mümkün alternativlər də gündəmdə olacaq”, - agentliyin həmsöhbəti bildirib.
Qeyd edək ki, daha əvvəl Türkiyədəki diplomatik mənbə TASS-a Putinlə Ərdoğan arasında görüşün sentyabrın 4-ü Soçidə planlaşdırıldığını bildirmişdi. "Bloomberg" Türkiyə rəsmilərinə istinadən xəbər verir ki, Ərdoğan sentyabrın 8-də Rusiyaya səfər edə bilər, lakin Türkiyə liderinin administrasiyası bu məlumatı şərh etməyib. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik danışıqların keçiriləcəyi yerin Soçi olacağını təsdiqləsə də, tarixi açıqlamayıb.
Aytən Zəhra
AzVision.az
Teqlər: