Təbrizdə xalqa dəstək verən polis intihar edib - FOTO

Təbrizdə xalqa dəstək verən polis intihar edib    - FOTO
  29 Avqust 2023    Oxunub:1211
Təbrizdə xalqa dəstək verən polis özünə qəsd edib.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Bildirilib ki, Şərqi Azərbaycan əyalətinin Polis Qüvvələrinin xüsusi təyinatlı dəstəsinin əməkdaşlarından olan kapitan Vəhid Təbrizi Şəkib dünən səhər saatlarında Təbriz Xüsusi Bölməsinin Pastor küçəsində yerləşən mərkəzi ofisi qarşısında başına atəş açaraq öz həyatına son qoyub.

Qeyd edilib ki, kapitan Vəhid Şəkib Urmu gölünün qurudulmasına etiraz edənlərə qarşı repressiya həyata keçirmək istəmədiyi və komandanlığın təzyiqinə məruz qaldığı üçün məcbur qalaraq özünə qəsd edib.

AzVision.az



Teqlər: Təbriz   İntihar  





Xəbər lenti