Ərdoğan Putinlə bu tarixdə görüşəcək

   Ərdoğan Putinlə bu tarixdə görüşəcək
  29 Avqust 2023    Oxunub:1126
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 4-də Soçidə Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmağı planlaşdırır.
AzVision.az xəbər verir ki, bu barədə “Habertürk” telekanalı məlumat yayıb.

Qeyd olunur ki, bu, bir günlük səfər olacaq və əsasən taxıl müqaviləsinin taleyinin həllinə yönələcək. Liderlər Suriyanı da müzakirə edəcəklər.

Bundan əvvəl Türkiyədəki diplomatik mənbə TASS-a Putinlə Ərdoğan arasında mümkün tarixin sentyabrın 4-ü Soçidə planlaşdırıldığını bildirmişdi.

AzVision.az


Teqlər:





Xəbər lenti