İranda prokurorun əmri ilə etirazçı müğənni-bəstəkar həbs olunub

İranda prokurorun əmri ilə etirazçı müğənni-bəstəkar həbs olunub
  29 Avqust 2023    Oxunub:925
Tehran prokurorunun əmri ilə bəstəkar və müğənni Mehdi Yərrahi həbs edilib.
AzVision.az İranın məhkəmə sisteminə bağlı “Mizan” xəbər agentliyinin məlumatına istinadən bildirir ki, etirazçı bəstəkar-müğənninin həbsi ona qarşı məhkəmə işinin açıldığı elan ediləndən iki gün sonra baş verib. Şənbə günü Ədliyyə nazirliyinin mətbuatı “qanunsuz və İslam cəmiyyətinin əxlaq və adətlərinə zidd” mahnının nəşri ilə bağlı iş açıldığını bildirib.

“Qadın, Həyat, Azadlıq” aksiyaları zamanı etirazçılara dəstək olaraq mahnılar oxuyan Mehdi Yarahi bu yaxınlarda məcburi hicaba qarşı çıxan qız və qadınlara dəstək olaraq “Roserito...” mahnısını ifa edib.

Ötən ilin oktyabrında ümummilli etirazların qızğın vaxtında bu etirazçı müğənni ilə birlikdə 52 digər sənətçinin, o cümlədən Təranə Əlidusti, Əsgər Fərhadi və Manijə Hikmətin mahnılarına İran hökuməti tərəfindən “qadağa” qoyulub.

Mehdi Yərrahinin vəkili Mustafa Nili “Şəbkə Şərq”ə müsahibəsində müvəkkilinin həbs olunması xəbərini təsdiqləsə də, ona qarşı sürülən ittihamlardan, müğənni-bəstəkarı həbs edən qurumdan xəbərsiz olduğunu bildirib.

Müğənninin vəziyyətini prokurorluq vasitəsilə izləyəcəyini vurğulayan vəkil, Yərrahinin daha əvvəl 2019-cu ildə mahnılarına görə prokurorluqda məhkəmə iddiası ilə üzləşdiyini xatırladıb.

AzVision.az



Teqlər: İran   həbslər  





Xəbər lenti